BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//360exp//Calendar//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:360exp
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-PUBLISHED-TTL:PT1H
X-WR-TIMEZONE:Asia/Baku
BEGIN:VEVENT
UID:5269dacb-8a81-42d0-8e62-f1ba4f0352b8@360exp.net
SEQUENCE:29842546
DTSTAMP:20260928T123819Z
LAST-MODIFIED:20260927T234603Z
DTSTART:20261018T150000Z
DTEND:20261018T173000Z
SUMMARY:“Kod adı: V.X.A.”
LOCATION:Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
DESCRIPTION:Mehriban Ələkbərzadə “Kod adı: VXA”\n\nYaş həddi: 18
 +\n\nMüəllif: Mehriban Ələkbərzadə\n\nQuruluşçu rejissor: Mehriban
  Ələkbərzadə (Dövlət mükafatı laureatı\, Əməkdar incəsənət x
 adimi)\n\nƏsas rolların ifaçıları: Xalq artisti Yasin Qarayev\, Əmə
 kdar artistlər Kəmalə Müzəffər\, Şövqi Hüseynov\, Leyli Vəliyeva
 \, Şəfəq Əliyeva\, Nəsibə Eldarova\, Qəmər Məmmədova\, Elnur Kə
 rimov\, İlham Əsədov\, Mehriban Abdullayeva\, Gülər Nəbiyeva\, Nofə
 l Vəliyev\, aktyorlardan Zemfira Əbdülsəmədova\, Günel Məmmədova\,
  Səbinə Məmmədzadə\, Aygün Fətullayeva\, Asya Atakişiyeva\, Xalid
 ə Əliməmmədova\, Sevinc Əziz\, Kərəm Hadızadə\, Araz Pirimov\, Ce
 yhun Məmmədov\, Anar Seyfullayev\, Mirzə Ağa Mirzəyev\, Şəbnəm Hü
 seynova\, Könül Əbil\, Fəridə Qurbanova\, Rəşad Səfərov\, Elşən
  Şıxəliyev\, Elşən Hacıbabayev\, Nurlan Süleymanlı\, Vüqar Məmm
 ədəliyev\n\nJanr: tarixi\, sənədli-bədii dram\n\nTamaşanın müddət
 i: birhissəli 2 saat 20 dəqiqə\n\nDövlət mükafatı laureatı\, Əmə
 kdar incəsənət xadimi Mehriban Ələkbərzadə müəllifi və quruluş
 çu rejissoru olduğu 30-cu illər repsessiyasına məruz qalan Azərbayca
 n qadınlarına həsr edilmiş “Kod adı: VXA” tamaşası ilə tarixim
 izin ən müdhiş səhifələrindən birini vərəqləyir.\n\nTamaşa repr
 essiya qurbanlarından biri - Azərbaycan ədəbiyyatının görkəmli nü
 mayəndəsi\, ictimai xadim\, tanınmış maarifçi Əhməd Cavadın anada
 n olmasının 130 illiyinə\, eyni zamanda\, repressiyaya məruz qalıb l
 əyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin
  timsalında 26 min qadının məşəqqətli həbs\, sürgün həyatına h
 əsr olunmuş sənədli\, tarixi hadisələrdən bəhs edir.\n\nMehriban 
 Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu “Kod adı: 
 VXA” təvsirində tarixi-sənədli faktlara istinad edərək\, ötən ə
 srin 30-cu illərinin müdhiş mənzərəsini yaradır:\n\nAzərbaycanın 
 nurlu şəxsiyyətlərinə ”vətən xaini” damğası vurub onları da
 \, qadınlarını da həbs edirlər. “Stalinçilər” Bayıl təcridxan
 asında qadınlarla qeyri-insani rəftarla davranır\, ağır işgəncəl
 ər verirlər. Uzun sürən istintaq prosesindən sonra günahsız qadınl
 ara iş kəsirlər: kiminə 8\, kiminə 10\, kiminə də 15 il. Qadınlar 
 buna şükür edirlər ki\, istintaq prosesi bitdi. İşgəncədən qurtul
 an qadınlar gələcəyə ümidlə baxır\, cəza müddəti bitdikdən son
 ra\, nəhayət\, əzizləri ilə görüşəcəklərinə ümid bağlayıb s
 evinirlər. Qarşıda onları hansı cəhənnəm əzabı gözlədiyini bil
 mədən sevinirlər. Onları günlərlə soyuq vaqonlarda\, ac-susuz Akmol
 a aparırlar. Orada qadınları heyvan kimi işlədir\, vəhşi kimi davra
 nırlar. Bu qadınların arasında ağır işgəncələrə dözməyib inti
 har edənlər də olur\, hər cür işgəncəyə dözüb namusunu qoruyanl
 ar da. Hələ sahibsiz qalan 1502 uşaqdan biri də onların arasındadır
 . Bu uşaq özünü\, nəslini tanımağa\, haramdan törənmədyini öyr
 ənməyə çalışır.\n\nTamaşa ağır faciələrin təsviri fonunda cə
 rəyan etsə də\, sabaha bir ümid var: bir gün bu əzab bitəcək\, evl
 ərinə qayıdıb əzizlərinə qovuşacaqlar! Nə qədər ağır olsa da
 \, zaman keçir\, qadınlar artıq azadlıqdadırlar...\n\nMüəllif öz q
 əhrəmanlarının dilindən qayəsini belə izhar edir: “İndi bizdən 
 hər hansı nişanə qalıbsa\, bizi xatırlayırsınızsa ...demək ki\, 
 biz olmuşuq... Yaşamışıq... Şahidsiz\, sübutsuz...həyatımızı\, 
 şərəfimizi xərclədilər. Biz həyatın dibində...oradan da aşağıd
 a idik...Əsas odur ki\, bizi xatırlayın.”\n\nBu\, şərti olaraq\, 37
  qadına vida borcumuzdur! Əslində onlar 26 min nəfər idi... Bu qadın
 lar tarixin görünməyən qəhrəmanları idilər... Tarix səsli mühari
 bələrdən başqa səssiz savaşlarda da yaşanılır. Tarixin səssiz\, 
 zərif və çox güclü qadın iştirakçıları var. Onlar təkcə fiziki
  deyil\, mənəvi qələbəni də əsaslandırırlar.”\n\nMüəllif və 
 quruluşçu rejissor Dövlət mükafatı laureatı Mehriban Ələkbərzad
 ə bir müəllif\, bir rejissor kimi geniş tamaşaçı auditoriyasına de
 mək istəyir ki\, tariximizi unutmayaq. Dünənini unudanın gələcəyi 
 olmaz!\n\nBoletos: https://iticket.az/az/events/theatre/code-name-vxa
URL;VALUE=URI:https://360exp.net/events/5269dacb-8a81-42d0-8e62-f1ba4f0352b
 8
STATUS:CONFIRMED
END:VEVENT
END:VCALENDAR
