
Şam İşığında Film musiqiləri axşamı. Candlelight Baku
Saturday, October 24, 2026 · 6:30 PMKamera və orqan musiqisi zalı · Bakı
Description
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎 ⭐Candlelight Baku LTD — Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir. 🕯️2.500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixi olan möhtəşəm kilsənin — Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində Şam işığında Film Musiqiləri Axşamı. Yerli, türk və dünya kinosunun, eləcə də sevilən serialların unudulmaz musiqilərindən ibarət xüsusi şam işığı konserti. Səid Məmmədovun bədi rəhbərliyini etdiyi Candlelight Ensemble canlı ifasında minlərlə şam işığı altında film dünyasına səyahət edin. 🕯️🎻Bu unudulmaz musiqi təcrübəsinin bir parçası olun və yerinizi öncədən təmin edin. 🕯️🎬🎻 Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir. ⏳ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur. ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır. 🌇 Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!