Skip to content
360expPublic beta
Log in
Back to events
Sevda Yəhyayeva - "Darıxmışam"
Music

Sevda Yəhyayeva - "Darıxmışam"

Saturday, October 17, 2026 · 7:00 PMAzərbaycan Dövlət Akademik Filarmoniyası · Bakı

Description

SEVDA YƏHYAYEVA — “Darıxmışam” Solo Konserti ✨ 17 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində xüsusi musiqi gecəsi! Sevilən müğənni Sevda Yəhyayeva “Darıxmışam” adlı solo konsert proqramı ilə dinləyicilərinin qarşısına çıxacaq. Bu gecə sənətçinin repertuarında xüsusi yer tutan sevilən mahnılar, duyğularla zəngin ifalar və tamaşaçılara unudulmaz anlar bəxş edəcək musiqi nömrələri səslənəcək. Konsertə xüsusi rəng qatacaq məqamlardan biri isə Sevda Yəhyayevanın mahnılarının Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə təqdim olunmasıdır. Milli musiqi alətlərinin zəngin səslənməsi ilə müasir estrada ifasının vəhdəti tamaşaçılara mahnıları fərqli və xüsusi aranjimanda dinləmək imkanı yaradacaq. “Darıxmışam” — sadəcə konsert deyil, musiqi ilə ifadə olunan hisslərin, xatirələrin və həsrətin bir axşamıdır. 📅 17 oktyabr 📍 Azərbaycan Dövlət Filarmoniyası Sevda Yəhyayevanın musiqisi ilə duyğuların dilə gəldiyi bu xüsusi gecəni qaçırmayın!

MusicConcerts