Skip to content
360expPublic beta
Log in

Description

“Aydın” Yaş həddi: 14 + Müəllif: Cəfər Cabbarlı Quruluşçu rejissor və səhnə redaksiyasının müəllifi: Cənnət Səlimova (Xalq artisti) Quruluşçu rəssam: Tahir Tahirov (Xalq rəssamı) Bəstəkar: Firudin Allahverdi Əsas rolların ifaçıları: Şövqi Hüseynov (Əməkdar artist), Simuzər Ağakişiyeva, Elşən Rüstəmov (Əməkdar artist), Aydın Dəmirov, Rəşad Səfərov, Sevinc Əziz, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Vüqar Məmmədəliyev, Anar Seyfullayev Janr: faciə Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə II hissə - 50 dəqiqə Cəfər Cabbarlının “Aydın” tamaşası Gültəkinlə Aydının bir-birinə saf məhəbbətinə və bunun fonunda sosial problemlərin insan mənəviyyatına vurduğu zərbədən, ailə faciəsinə səbəb olmasından bəhs edir. Sizə təqdim olunan bu məhəbbət dramında bir-birini dərin məhəbbətlə sevən Aydınla Gültəkin Dövlət bəy kimi harın milyonerin qurbanına çevrilirlər. Tamaşanın ideyası bəşəri duyğulara kökləndiyi üçün böyük əhəmiyyət kəsb edir: insanların maddi və mənəvi xilası sədaqətli və düz olmalarındadır. Bu monumental tamaşa gözəl personaj geyimləri, musiqi dramaturgiyası ilə diqqəti cəlb etməklə yanaşı, həm də maraqlı dekorasiyaya və səhnə geyiminə malikdir.

Performing artsTheater