Skip to content
360expPublic beta
Log in
Back to events
Turandot
Performing arts

Turandot

Saturday, October 24, 2026 · 7:00 PMHeydər Əliyev Sarayı · Bakı

Description

“TURANDOT” (3 pərdəli opera) Bəstəkar – Cakomo Puççini Dirijor – Beatrice Venezi (İtaliya) Dirijor – Əməkdar artist Əyyub Quliyev Quruluşçu rejissor – Mikayıl Mikayılov Quruluşçu rəssam – Mustafa Mustafayev İcraçı rəssam – Əməkdar mədəniyyət işçisi Tehran Babayev Xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva 24 oktyabr tarixində İŞTİRAK EDİRLƏR: Turandot – Carmen Giannattasio (İtaliya) Kalaf – Xalq artisti Yusif Eyvazov Liu – Əməkdar artist Afaq Abbasova Timur – İqor Yadrov Pinq – Əməkdar artist Anton Ferştandt Panq – Fəhmin Əhmədli Ponq – Əməkdar artist Tural Ağasıyev İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov Mandarin – Orxan Cəlilov 25 oktyabr tarixində İŞTİRAK EDİRLƏR: Turandot – Əməkdar artist Fəridə Məmmədova Kalaf – Əməkdar artist Fərid Əliyev Liu – Fatimə Cəfərzadə Timur – Xalq artisti Əkrəm Poladov Pinq – Mahir Tağızadə Panq – Məhəmməd Şəmmədov Ponq – Əməkdar artist Tural Ağasıyev İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov Mandarin – Orxan Cəlilov 27 oktyabr tarixində İŞTİRAK EDİRLƏR: Turandot – Əməkdar artist İlahə Əfəndiyeva Kalaf – Xalq artisti Samir Cəfərov Liu – Əməkdar artist İnarə Babayeva Pinq – Taleh Yahyayev Ponq – Əməkdar artist Tural Ağasıyev İmperator Altoum – Əməkdar artist Əliəhməd İbrahimov Cakomo Puççini – "Turandot" operasının qısa məzmunu I pərdə Hadisələr qədim Pekində, imperator sarayının qarşısında baş verir. Şahzadə Turandotla evlənmək istəyən hər bir namizəd üç tapmacanı cavablandırmalıdır. Uduzanlar edam edilir. Fars şahzadəsinin edamını izləməyə toplaşan izdiham arasında sürgündə olan Tatar şahzadəsi Kalaf, atası Timur və ona sədaqətlə xidmət edən Liu ilə qarşılaşır. Turandotu görən Kalaf ona ilk baxışdan aşiq olur. Dövlət nazirləri Pinq, Panq, Ponqun təhdidlərinə və ölüm təhlükəsinə baxmayaraq, sınaqda iştirak etmək qərarına gəlir. Timur və Liu onu bu fikrindən daşındırmağa çalışsa da, Kalaf sarayın böyük zəngini vuraraq öz qərarını elan edir. II pərdə Sarayda dövlət nazirləri Pinq, Panq, Ponq qanlı hadisələrdən bezdiklərini dilə gətirir və xəyal etdikləri həyatı gözlərinin önündə canlandırırlar. Daha sonra imperator Altoum və Turandot meydana çıxırlar. Turandot əsrlər öncə yaşamış əcdadı Şahzadə Lou-Linqin zorakılığın qurbanı olduğunu xatırladır və buna görə heç bir kişiyə təslim olmayacağına and içdiyini bildirir. Kalaf ardıcıl olaraq üç tapmacanın hamısına düzgün cavab verir. Turandot məğlubiyyətini qəbul etmək istəmir. Kalaf isə ona son bir şans verir: əgər səhərə qədər onun adını öyrənə bilsə, ölümə razı olacaq; öyrənə bilməsə, Turandot onunla evlənməlidir. III pərdə Turandot bütün şəhərdə Kalafın adını öyrənmək üçün əmr verir və heç kimin yatmasına icazə verilmir. Kalaf məşhur "Nessun dorma" ariyasını oxuyaraq qələbəsinə əmin olduğunu bildirir. Kalafın adını öyrənmək üçün onun atası Timur və Liu həbs olunur. Turandotun əsgərləri Liudan Kalafın adını öyrənmək üçün ona işgəncələr versələr də, o, sirri açmır və sevdiyi insanı qorumaq naminə öz həyatına son qoyur. Liunun fədakarlığı Turandotu dərindən sarsıdır. Sonda Kalaf öz adını Turandota açıqlayır və taleyini onun ixtiyarına buraxır. Turandot sevginin qəlbində yaratdığı dəyişikliyi qəbul edir və xalq qarşısında naməlum şahzadənin adının "Sevgi" olduğunu elan edir. Opera onların qovuşması və sevginin qələbəsi ilə başa çatır.

Performing artsTheater