Skip to content
360expPublic beta
Log in
Back to events
İki bəstəkarın musiqi dünyası
Music

İki bəstəkarın musiqi dünyası

Wednesday, October 21, 2026 · 7:00 PMBeynəlxalq Muğam Mərkəzi · Bakı

Description

“İki bəstəkarın musiqi dünyası” adlı konsert Azərbaycan professional musiqisinin görkəmli nümayəndələri Nazim Əliverdibəyovun 100 illik və Məmməd Quliyevin 90 illik yubileylərinə həsr olunur. Konsertdə bəstəkarların zəngin yaradıcılıq irsi, Azərbaycan musiqi mədəniyyətinə verdikləri töhfələr və əsərlərinin bədii özünəməxsusluğu təqdim ediləcək. Cahangir Cahangirov adına xorun ifasında bəstəkarların seçilmiş əsərləri səslənəcək. Saleh Bağırovun aparıcılığı, Xalq artisti Gülyanaq Məmmədovanın və tanınmış sənətçilərin iştirakı ilə keçiriləcək konsert musiqisevərlərə zəngin və yaddaqalan sənət gecəsi yaşadacaq. Konsert 21 oktyabr 2026-cı il, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi və dirijorluğu ilə təqdim olunacaq.

MusicConcerts