
Büllur başmaq
Saturday, October 17, 2026 · 12:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Description
Şarl Perro. “Büllur başmaq” Yaş həddi: 5+ Müəllif: Şarl Perro Səhnələşdirən və quruluşçu rejissor: Ayla Osmanova Quruluşçu rəssam: Mustafa Mustafayev Əsas rolların ifaçıları: Əməkdar artist Gülər Nəbiyeva, artistlər Asya Atakişiyeva, Xalidə Əliməmmədova, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Rəşad Səfərov, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Natiq Fərzəliyev, Yusif Dadaşov Janr: nağıl-tamaşa Tamaşanın müddəti: 50 dəqiqə Dünyanın hər yerində uşaqların çox sevdikləri bir nağıl qəhrəmanı var: Zoluşka. Gözəl və mehriban olan bu qız həm də çox çalışqandır. Atası odunçu olan bu qız çox erkən yaşlarında anasını itirir. Atası bir qızı olan qadınla evlənir. Ögey ana ilk gündən Zoluşkanı incitməyə başlayır, bütün ev işlərini ona gördürür. Atası narahat olmasın deyə, qız bütün işləri səbrlə, gözəl şəkildə görməyə çalışır. Nə edirsə-etsin, ögey anasını razı sala bilmir. Zoluşkanın yaşadığı ölkədə şahın oğlu özünün bəyəndiyi bir qızla evlənmək istəyir. Ona layiqli bir gəlin tapmaq üçün on altı yaşından yuxarı bütün subay qızların dəvət olunduğu bir ziyafət təşkil edilir. Zoluşkanın ögey anası onu işlə yükləyib öz qızı ilə bu şənliyə gedir. Bundan pərt olan Zoluşka göz yaşları içində ögey anasının tapşırıqlarını yerinə yetirməyə başlayır. Bu zaman bir möcüzə baş verir: xaç anası Pəri gəlir. O, sehrli şəkildə qızın bütün işlərini görür. Sonra öz sehri ilə Zoluşkaya gözəl paltar, ayağına büllur başmaq geyindirir. Onun üçün çapar atlı fayton təşkil edir. Eyni zamanda, Zoluşkaya xəbərdarlıq edir ki, "Gecə on ikidən əvvəl evə qayıtmalısan, yoxsa bütün sehr yoxa çıxar və səni tanıyarlar." Zoluşka ziyafət məclisinə daxil olan kimi hamı onu bəyənir, rəqsinə valeh olur. Şahzadə isə bu qıza aşiq olur və onunla evlənmək qərarına gəlir. Saatın zəngi Zoluşkaya geri qayıtma vaxtını xatırladanda, o, tələsik şənlikdən uzaqlaşmağa çalışır. Bu zaman büllur başmağın bir tayı orada qalır. Şahzadə bu ayaqqabının vasitəsi ilə Zoluşkanı tapır. Lakin ögey ana bu məqamda da hiylə və məkrindən əl çəkmir: nəyin bahasına olursa-olsun, şahzadənin onun qızı ilə evlənməsini istəyir. Ağıllı şahzadə ayaqqabının əsl sahibinin Zoluşka olduğunu bilir və onunla evlənir. Zoluşka personajı xeyirxahlığın, ögey ana məkrin rəmzinə çevrilərək, uşaqlara mübarizlik, düzlük və sədaqət duyğularını tövsiyə edir.