Skip to content
360expPublic beta
Log in
Back to events
114 FM Radiosu
Performing arts

114 FM Radiosu

Saturday, October 10, 2026 · 7:00 PMGəncə Dövlət Milli Dram Teatrı · Gəncə

Description

“114 FM - Radiosu” (Arqon) Məkan: kiçik səhnə Yaş reytinqi: 18+ Müəllif: Şəbnəm Xeyrulla Quruluşçu rejissor: Raya Əli Şərif Rollarda: Ruslan Hüseynov, Emil Salmanov, Elmir Məmmədov. Janr: estetik və psixoloji dram Tamaşanın müddəti: 55 dəq Şəbnəm Xeyrullanın “Arqon” mono pyesi əsasında hazırlanmış “114 FM-Radiosu” adlı tamaşa müasir Azərbaycan teatrında fərqli estetik və psixoloji yük daşıyan əsərlərdən biri kimi diqqət çəkir. Bu tamaşa həm forma (monotamaşa), həm də məzmun (absurd-gerçəklik, daxili monoloq) baxımından maraqla izlənilir. Əsər monoformadadır, yəni bütün dramatik yük bir obraz – Arqon üzərində qurulub. Bu, tamaşanın həm üstünlüyü, həm də riskidir: bütün emosional dinamika bir aktyorun üzərinə düşür. Pyesin mərkəzində Arqon adlı şəxsin daxili monoloqu dayanır. O, cəmiyyət tərəfindən anlaşılmadığını düşünən, həyatdakı uğursuzluqları səbəbindən psixoloji sarsıntı keçirən və intihar həddinə çatan bir obrazdır .

Performing artsTheater