
Tıq-tıq xanım
Saturday, October 10, 2026 · 12:00 PMGəncə Dövlət Milli Dram Teatrı · Gəncə
Description
“Tıq-tıq xanım” Yaş reytinqi: 6+ Müəllif: Abdulla Şaiq Quruluşçu rejissor: Şahmar Məmmədov Rollarda: Zeynəb Hüseynova, Mətləb Təhmazi, Seymur Məmmədov, Zaur Əhmədov, Emil Salmanov, Fərid Vəliyev, Elmir Məmmədov, Elnur Abbasov, Rauf Hüseynov, Janr: nağıl Tamaşanın müddəti: 1 saat Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası uşaqları xeyirxahlıq, dostluq və ehtiyatlı olmağa çağıran maraqlı və öyrədici əsərdir. Tamaşada Tıq-tıq xanımın özünə həyat yoldaşı axtarması və bu zaman qarşılaşdığı müxtəlif heyvan obrazları təsvir olunur. Hadisələrin inkişafı nəticəsində qəhrəman düzgün seçim etməyin və hər kəsə kor-koranə etibar etməməyin vacibliyini anlayır. Əsər rəngarəng personajları, yumoru və tərbiyəvi məzmunu ilə uşaqlarda müsbət mənəvi keyfiyyətlərin formalaşmasına xidmət edir.