
Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış
Sunday, October 25, 2026 · 10:00 AMNizami Kino Mərkəzi · Bakı
Description
Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə obsessiv-kompulsiv pozuntunun (OKP) diaqnostikası, neyrobioloji əsasları, farmakoloji və psixoterapevtik müalicəsi ilə bağlı müasir elmi yanaşmaların müzakirə olunacağı “Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış” adlı elmi-praktik simpozium keçiriləcək. Simpozium müxtəlif ixtisas sahələrindən olan mütəxəssisləri bir araya gətirərək OKP-yə psixiatrik, nevroloji və psixoloji baxışları bir platformada təqdim etməyi, elmi biliklə klinik praktika arasında əlaqəni gücləndirməyi hədəfləyir. Tədbir çərçivəsində OKP-nin DSM-5-TR diaqnostik meyarları və diferensial diaqnostikası, neyrobioloji mexanizmləri, Tourette sindromu ilə əlaqəsi, uşaqlarda və yeniyetmələrdə farmakoterapiyası, ailə akkomodasiyası, CBT və ERP-nin klinik tətbiqi kimi mövzular müzakirə olunacaq. I SESSİYA Psixiatr Orxan Fərəcli OKP-nin DSM-5-TR diaqnostik meyarları və diferensial diaqnostikası Psixiatr Aygün Zeynalova OKP-də neyrobioloji mexanizmlər: kortiko-striato-talamo-kortikal dövrələrin rolu Nevroloq Nərgiz Oqtay Tourette sindromu və obsessiv-kompulsiv pozuntu: tiklərlə kompulsiyaların kəsişmə nöqtələri Psixiatr Vəfa Şirinova Uşaqlarda və yeniyetmələrdə OKP: farmakoterapiya və müalicənin monitorinqi Sual-cavab sessiyası Coffee Break II SESSİYA Klinik psixoloq Mələk Kərimova Obsessiv-kompulsiv pozuntuda ailə akkomodasiyası: simptomların davam etməsində ailənin rolu Uşaq və yeniyetmə psixoloqu Leyla Sultanova Uşaq və yeniyetmələrdə OKP-də CBT: psixoloqun praktik yanaşması Psixoloq Feyza Mert Oyun otağından klinik müşahidələr: uşaqlarda OKP-nin erkən əlamətləri Sual-cavab sessiyası Nahar fasiləsi və networking III SESSİYA OKP-də CBT və ERP: elmi əsaslar və klinik tətbiq Bu sessiyada obsessiv-kompulsiv pozuntunun psixoterapevtik müalicəsində koqnitiv-davranışçı terapiyanın (CBT) rolu, OKP-nin koqnitiv-davranışçı modeli, əsas terapevtik müdaxilələr və ekspozisiya və cavabın qarşısının alınmasının (ERP) klinik praktikada tətbiqi müzakirə olunacaq. Yekun çıxış və simpoziumun bağlanışı Kimlər üçün nəzərdə tutulub? Simpozium psixiatrlar, nevroloqlar, klinik psixoloqlar, psixoloqlar, psixoterapevtlər, uşaq və yeniyetmə psixi sağlamlığı sahəsində çalışan mütəxəssislər, həmçinin OKP ilə işləyən digər səhiyyə və psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulub. Elmi bilik, klinik təcrübə və multidissiplinar əməkdaşlığın bir araya gəldiyi bu simpoziumda sizi gözləyirik.