Skip to content
360expPublic beta
Log in
Back to events
İNİŞMA
Performing arts

İNİŞMA

Monday, September 28, 2026 · 8:00 PMTeatr O2 · Bakı

Description

İNİŞMA Janr: absurd, qara komediya. Total teatr formatında immersiv tamaşa. Yaş məhdudiyyəti: 18+ Tamaşanın dili: Rus dili,Azərbaycan Müddəti: 1 saat 30 dəqiqə İlk intonasiyadan tanıyacağınız İrlandiya. Burada sizin haqqınızda hər şeyi bilirlər.Xüsusilə də heç vaxt etmədiyiniz şeyləri. Buradan hamı getmək istəyir — amma haradasa daha yaxşı olduğunu deməyə çalışın. Əlbəttə, bütün oxşarlıqlar təsadüfidir. «İNİŞMA»da uzaq dünya narahatedici dərəcədə yaxın görünür. İnişmaan adasının şikəsti Billi doğma adadan qaçmaq arzusundadır, lakin bu arzu yerli qaydalarla toqquşur: əvvəl səni yedirdəcəklər, sonra müzakirə edəcəklər, sonra qınayacaqlar, sonra yenə yedirdəcəklər. Bəs sən bir də başa düş gör: səni sevirlər, yoxsa sadəcə buraxmaq istəmirlər? Səhnədə Bakıdakı müxtəlif teatrların aktyorları, iki dil və keçmişin həddən artıq kövrək olduğu bir hekayə bir araya gəlir. Martin Makdonanın «İnişmaan adasının şikəsti» pyesinin motivləri əsasında. Diqqət: tamaşaların sayı məhduddur! Rollarda: Keyt — Rumiya Ağayeva Eylin — Tatyana Şurgalina Billi — Hüseyn Hüseynov Connipatinmayk — Teymur Rəhimov (Azərbaycan Respublikasının Əməkdar artisti) Helen — Tatyana Selivyorstova, Ayganym Kuandykova Bartli — İqor Buqriyev Bobbi — Yevgeni Maksimov, Məmməd Rəfiyev Doktor MakŞerri — Roman Bayramov Mamaşa O’Duqal — İrina Yakubenko Rejissor — Konstantin Soldatov Səhnə tərtibatı — Çingiz Babayev Kostyum rəssamı — Çingiz Babayev Video — Tatyana Şurgalina Rəssam — Tatyana Şurgalina Adaptasiya üzrə redaktor — Rumiya Ağayeva Musiqi tərtibatı — Konstantin Soldatov

Performing artsTheater

Additional insights

AI generated

Automatic suggestions kept separate from the organizer's official information.

İrlandiyada keçirilən, absurd və qara komediya janrında olan «İNİŞMA» tamaşası. Teatr O2-də Rus və Azərbaycan dillərində, 18 yaşdan yuxarı izləyicilər üçün təqdim olunur. Martin Makdonanın «İnişmaan adasının şikəsti» pyesi əsasında hazırlanıb.

TheaterPerforming arts

Detected participants: Teatr O2, Bakı müxtəlif teatrlarının aktyorları

Qwen/Qwen3.6-35B-A3B-FP8 · event-text-enrichment-v1

More dates