
Description
Milli musiqidən modern sound-a Azərbaycan milli musiqisinin ruhu müasir elektron səslənmə ilə bir araya gəlir. Bu xüsusi musiqi gecəsində milli melodiyalar yeni və fərqli aranjimanlarda təqdim olunacaq. Ambient atmosfer, klassik musiqinin müasir interpretasiyaları və dünya musiqisinin məşhur nümunələri gecəyə xüsusi rəng qatacaq. Proqramda Ludovico Einaudi, Daft Punk, Gladiator filmindən sevilən musiqilər və digər məşhur əsərlərin yeni tərzdə ifaları səslənəcək. Canlı Royal ifası və Elektron performansı isə klassik, milli və elektron musiqini birləşdirərək gecəyə fərqli enerji qatacaq. 🎹 Royal canlı ifa 🎧Elektron sound 🎶 Azərbaycan milli musiqisi – yeni interpretasiyada ✨ Ambient və klassik musiqinin müasir sintezi Musiqinin tanış melodiyalarını tamamilə fərqli atmosferdə kəşf etmək istəyirsinizsə, bu gecəni qaçırmayın.