
GRAND OPENING NIGHT — VIVALDI • MOZART • BEETHOVEN. Şam işığında
viernes, 2 de octubre de 2026 · 7:00 p.m.Beynəlxalq Muğam Mərkəzi · Bakı
Descripción
GRAND OPENING NIGHT — VIVALDI • MOZART • BEETHOVEN. Şam işığında Oktyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yüzlərlə şamın valehedici işığında yeni konsert layihəsinin möhtəşəm açılış gecəsi keçiriləcək. Bu xüsusi gecədə dünya klassik musiqisinin görkəmli bəstəkarları Antonio Vivaldi, Wolfgang Amadeus Mozart və Ludwig van Beethovenin möhtəşəm əsərləri Virtuosos of Baku orkestrinin canlı ifasında səslənəcək. Barokko dövrünün parlaq enerjisi, Mozart musiqisinin incə zərifliyi və Beethovenin qüdrətli musiqi dünyası bir proqramda birləşərək tamaşaçıları klassik musiqinin müxtəlif dövrlərinə unudulmaz səyahətə aparacaq. Beynəlxalq Muğam Mərkəzinin bənzərsiz memarlığı, yüzlərlə şamın yaratdığı sehrli atmosfer və canlı orkestrin möhtəşəm səslənməsi açılış gecəsinə xüsusi ab-hava bəxş edəcək. 🎼 Antonio Vivaldi 🎼 Wolfgang Amadeus Mozart 🎼 Ludwig van Beethoven ✨ Möhtəşəm açılış gecəsi 🕯️ Yüzlərlə şamın işığında 🎻 Virtuosos of Baku orkestrinin canlı ifası