Skip to content
360expPublic beta
Log in
Back to events
Zal qızı Zalxa
Performing arts

Zal qızı Zalxa

Sunday, October 11, 2026 · 7:00 PMAzərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Description

“Şərəf” və “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Tamaşa yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin bəstəkarı — Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Quruluşçu rejissor: Samir Qulamov (Prezident mükafatçısı) Quruluşçu dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi) Quruluşçu rəssam: Vüsal Rəhim Quruluşçu baletmeyster: Nigar Şahmuradova (Əməkdar artist) Dirijor: Səməd Süleymanlı Xormeyster: Məlahət Qasımova Konsertmeyster: Fidan Məmmədova Rejissor assistenti: Razimə İsmayılova İştirak edirlər: Zal qızı Zalxa — Afaq Bəşirqızı (Xalq artisti) Babək — Əzizağa Əzizov (Əməkdar artist) Polis Aslan — Hüseyn Əlili Həcər — Gülcahan Salamova Nigar — Ülviyyə Əliyeva (Prezident mükafatçısı) Nüşabə — Türkel Tariqpeyma Tomris — Ofeliya Məmmədova Ərəbi — Gültac Əlili Qüdrət — Gülnarə Əzizova Şöhrət — Nərmin Əliyeva, Nigar Rüstəmova Arabadakı adam — Cəbrayıl Cəbrayılov Tamaşada xor və balet artistləri də iştirak edirlər. Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edəcək. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.

Performing artsTheater