Skip to content
360expPublic beta
Log in
Back to events
Qızıl cücə
Family

Qızıl cücə

Sunday, October 18, 2026 · 12:00 PMAzərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Description

"Qızıl cücə" Yaş həddi: 1+ Müəlliflər: V. Ulyanovski və V. Orlov Janr: Nağıl-tamaşa Dil: Rus Quruluşçu rejissor: Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulax Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan “Qızıl cücə” tamaşası maraqlı və rəngarəng süjeti ilə seçilir. Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bu xəbəri öyrənən hiyləgər tülkü canavarı aldadaraq onu da işə qoşur və birlikdə həmin yumurtanı oğurlayırlar. Əlindən iş gəlməyən tənbəl tülkü yenidən hiyləyə əl atır və canavarı həmin yumurtanın üstündə oturmağa razı salır. Onlar inanırlar ki, yumurtadan qızıl cücə çıxacaq və bu cücəni çoxaldaraq varlanacaqlar. Lakin vaxtı çatanda yumurtadan fərə deyil, balaca xoruz çıxır. Bundan sonra isə tülkü ilə canavarın aralarında ixtilaf yaranır. Tamaşanın əsas ideyasında mərhəmət, qayğı və sevgi dayanır. Səhnə əsəri 27 fevral 2016-cı ildən teatrın repertuarındadır.a