Skip to content
360expPublic beta
Log in
Back to events
Bir dəfə Şamaxı xanlığında
Performing arts

Bir dəfə Şamaxı xanlığında

Saturday, October 10, 2026 · 6:00 PMAzərbaycan Dövlət Kukla Teatrı · Bakı

Description

Qəhrəmanımız bənnadır. Zəhmətkeş gənc bənna Bilal sən demə illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır. Belə ki, Padşaha qəzəblənən Cadugər onun hayıfını Şahzadədən çıxır və onu tilsimləyir. Qızın bilərziyini tilsimləyir, onu da bir güldanın içinə atır. Bu minvalla illər keçir. Amma heç kim bu sirrin üstünü aça bilmir. Ta ki Bilal o güldanı sındırana qədər. Bir gün bir evin damını təzələyən Bilal bu əhvalatı eşidir. Hadisəni ona qoca kəndli danışır. Başı nəql olunan məsələyə qarışan Bilalın çəkici əlindən çıxır və işlədiyi evin eyvanındakı güldana dəyir. Güldan qırılır və bilərzik yerə düşür. Bununla da tilsim sınmış olur və Bilal o bilərziyi götürüb birbaşa saraya yollanır. Beləcə qızın həyatı xilas edilir.

Performing artsTheater

More dates