
Biganə məşuq
Friday, October 23, 2026 · 7:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Description
Jan Kokto. “Biganə məşuq” Yaş həddi: 18+ Müəllif: Jan Kokto Tamaşanın müəllifi: Aydan Həsənzadə İfaçılar: Aydan Həsənzadə, Mirzə Ağa Mirzəyev Janr: birhissəli psixoloji dram Tamaşanın müddəti: 35 dəqiqə Fransız dramaturqu Jan Kokto dünya teatr məkanında tanınmış və əsərləri böyük müvəffəqiyyətlə oynanılan dramaturqlardan biridir. Onun "Antiqona", "Orfey", "Ədəbsiz uşaqlar" pyesləri dünyanın bir çox teatrlarında səhnə təcəssümü tapmışdır. Kokto bir neçə filmdə rejissor və ssenari müəllifi kimi özünü sınayıb. Jan Koktonun ümumbəşəri duyğuları əks etdirən “Biganə məşuq” pyesi isə tək ifa üçün nəzərdə tutulmuş çox ciddi bir yaradıcılıq işidir. Gənc Lyusi biganə aşiqi Emili dərin məhəbbətlə sevir. Onu yanında saxlamaq üçün hər cür fədakarlıq göstərir. Ciyəri xəstə olan Lyusi ciddi ağrılara məruz qalsa da, müğənnilik edib, sevdiyini saxlamağa, onu qorumağa çalışır. Emil isə Lyusiyə yalnız gəlir mənbəyi kimi baxır. Lyusinin maliyyə imkanları Emilin maliyyə imkanlarına çevrilsə də, qadına qarşı laqeydliyi biganə kişiyə qarşı ikrah hissi oyadır. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq... Bu ciddi kontrastın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı teatrımızda fəaliyyət göstərən “ArtStudiya” Teatr Studiyasında təcəssüm verilən tamaşada öz əksini tapır.