
Mauqli
Sunday, October 11, 2026 · 12:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Description
Redyard Kiplinq “Mauqli” Yaş həddi: 4+ Müəllif: Redyard Kiplinq Quruluşçu rejissor: Elşad Rəhimzadə Əsas rolların ifaçıları: Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Hüseynov, aktyorlar Mehriban Hüseynova, Nurlan Süleymanlı, Ceyhun Məmmədov, Ramil Şamiloğlu, Ümman Budaqov, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Anar Seyfullayev, Könül Əbil, Hilal Dəmirov, Ramiq Nəsirov, Nuranə Vaqifqızı, İmdad Tofiqoğlu, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Asya Atakişiyeva, Xəyalə Qasımova, İlahə Əmirxanova, İmdad Səfiyev Janr: macəra-alleqoriya Tamaşanın müddəti: 1 saat “Mauqli” tamaşası cəngəllikdə canavarlar tərəfindən tərbiyə olunan insan övladı Mauqlinin həyatından bəhs edir. Cəngəllik qanunlarına görə, zəiflər həmişə güclünün ovu olmaq təhlükəsi ilə üz-üzədirlər. Cəsur, qətiyyətli, xeyirxah olmaq, dostluğa və dostlarına sevgi və sədaqət göstərməklə bütün pislikləri dəf etmək mümkündür. Məhz bu Nobel mükafatçısı Redyard Kiplinqin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın balaca tamaşaçılarımıza ötürdüyü gözəl mesajdır.