Skip to content
360expPublic beta
Log in
Back to events
Aysedora
Performing arts

Aysedora

Sunday, October 18, 2026 · 6:00 PMAzərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Description

Məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası. XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir. Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir. “Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyevna canlandırır. Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır. Sergey Yeseninin şeirlərinin səsləndirildiyi bu tamaşada dünya şöhrətli bəstəkarlar Sergey Vasilyeviç Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinsky, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavaya məxsusdur) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuriy Rubtsova məxsusdur) əsərlərindən istifadə olunub. Tamaşa teatrın kiçik səhnəsində nümayiş olunacaq.

Performing artsTheater