
Mən dəyərəm min cavana
Sunday, October 18, 2026 · 7:00 PMAzərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı
Description
"Mən dəyərəm min cavana" tamaşası Məşədi İbadın mövzusu əslində bütün zamanlar üçün müasirdir. Klassik əsərin mükəmməlliyi də bundadır. Cəmiyyətdə hökm sürən hərc-mərclik, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, cəhalət, rüşvətxorluq və s. dahi Üzeyir bəyin yorumunda bir növ tarixin təkrarıdır. Cavan qızların varlı qocalara zorla və ya könüllü ərə verilməsi müsəlman aləmi üçün yeni informasiya deyil. Lakin qeyd edək ki, Tamara Vəliyevanın komediyasında baş verənlər müasir dövrdə cərəyan edir. Tamaşada hadisələr elmi-tədqiqat institutlarının birində baş verir. Nəzər saldıqca isə cəmiyyətin ayrı-ayrı təbəqələrinə xas mənfi və müsbət (daha çox ikrah doğuran) nüanslarla tanış olursan. İşə düzəlməyə gələn gündən Gülnaz adlı qızın gözləri qarşısında institutun iç həyatı açılır. "Mən dəyərəm min cavana" Yaş həddi: 6+ Müəllif: Faiq Sücəddinov, Tamara Vəliyeva Janr: Musiqili komediya Dil: Azərbaycan Tamaşanın müddəti: I hissə - 80 dəqiqə II hissə - 80 dəqiqə Quruluşçu rejissor: Yusif Əkbərov Quruluşçu dirijor: Nazim Haciəlibəyov (əməkdar incəsənət xadimi) Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam) Quruluşçu baletmeyster: Zakir Ağayev (əməkdar artist), Yelena Ağayeva Dirijor: Fəxrəddin Atayev (əməkdar incəsənət xadimi) Baş dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)