
Şahar Binyamini | New Earth // Bolero X
Friday, November 6, 2026 · 8:00 PMAkademik Milli Dram Teatrı · Bakı
Description
Yenidən başlamaq mümkündürmü? Biz bu dəyişən dünyada necə yaşamalıyıq? “New Earth” rəqs tamaşasının əsasında məhz bu suallar dayanır. Məlum amillərdən naməlum üfüqlərə doğru irəliləyən Şahar Binyamini bizi torpağa, bir-birimizə və ətraf aləmə bağlayan amilləri araşdırır. Hərəkət, ritm və fiziki hissiyyat bizim təbiət ilə bağlılığımızı ifadə edərək sərhədləri aradan qalxır. Tamaşanın ana xəttini yenilənmə mövzusu, yəni hərəkət sayəsində həm özümüzə, həm də başqalarına və yaşadığımız dünyaya olan münasibəti dəyişmək imkanı təşkil edir. “New Earth” İsrailin Beer-Şeva şəhərində fəaliyyət göstərən “House of Dance” rəqs mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Moris Ravelin məşhur “Boléro” əsəri Şahar Binyamininin “Bolero X” tamaşasında yeni xoreoqrafik interpretasiya qazanır. Burada xoreoqraf təkrarın gücünü və 1928-ci ildə yazılmış musiqinin müasir rəqs ilə vəhdətindən doğan yeni mənaları araşdırır. Səhnədə 40 ifaçı “Bolero X” rəqsini fiziki gücün təntənəsinə çevirir. Bu tamaşa hər birimizi unikal edən və eyni zamanda, bizi bir araya gətirən enerjinin tərənnümüdür. “Bolero X” rəqs tamaşası “House of Dance” (Beer-Şeva, İsrail) və Sürix İncəsənət Universiteti (İsveçrə) ilə əməkdaşlıq çərçivəsində yenidən səhnələşdirilib. Müddət: təxminən 96 dəqiqə (antrakt ilə)