Skip to content
360expPublic beta
Log in
Back to events
Dəlinin qeydləri
Performing arts

Dəlinin qeydləri

Friday, October 30, 2026 · 7:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı

Description

“Dəlinin qeydləri, yaxud fortopiano və violonçel üçün sonata” Yaş həddi: 18+ Müəllif: N.Qoqol, A.Snitke Quruluşçu rejissor: Cənnət Səlimova (Xalq artisti) Janr: psixoloji dram Tək ifa: Şövqi Hüseynov (Əməkdar artist) Tamaşanın müddəti: 50 dəqiqə Bu əsərdə müəlliflər xəyali olsa da, insanlar arasında olan sosial bərabərsizliyi aradan götürmək üçün atılan addımdan söhbət açırlar. Milli Gənc Tamaşaçılar Teatrının cari repertuarına daxil edilmiş eyniadlı tamaşa da məhz bu ideya üzərundə təcəssüm tapmışdır. Kimsə tərəfindən tanınmayan müfəttiş Poprışen sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. O, xəyali dünyasında İspaniyanın kralı, dünyanı idarə edən nurlu bir şəxsiyyətə çevrilir. Poprışen dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir, çünki onu yaşadığı bu dünyanın adamları da eşitmirlər. Müəlliflər bununla demək istəyirlər ki, insanlar arasında hüquqi bərabərlik olmasa da, humanizm bərabərliyini gözləmək, bir-birinə dəstək olmaq vacibdir. Böyük istedad sahibi, dünyanın bir sıra festivallarının laureatı, tək ifa üzrə mahir ifaçı Əməkdar artist Şövqi Hüseynov Poprışenin bütün psixofizioloji gerçəkliyini real təcəssüm cizgiləri ilə təvsir edir. “Dəlinin qeydləri, yaxud fortopiano və violonçel üçün sonata” məhz buna görədir ki, 30 ildən çoxdur ki, tamaşaçıların sevimli tamaşası kimi cari repertuarda yaşayır.

Performing artsTheater