Skip to content
360expPublic beta
Log in
Back to events
Müsyo Jordan Dərviş Məstəli şah
Performing arts

Müsyo Jordan Dərviş Məstəli şah

Friday, October 23, 2026 · 7:00 PMGəncə Dövlət Milli Dram Teatrı · Gəncə

Description

“Müsyo Jordan Dərviş Məstəli şah” Yaş reytinqi: 18+ Müəllif: M. F. Axundzadə Quruluşçu rejissor: Gumrah Ömər Rollarda: Pərvanə Qurbanova (Xalq artisti), Elxan Yunis (Əməkdar artist), Ramiz Vəliyev (Əməkdar artist), Zəminə Cəfərova, Günay Xanlarqızı, Murad Meyfəliyev, Samir Abbasov, Rauf Hüseynov, Səbinə Cabbarova. Janr: satirik komediya Tamaşanın müddəti: 1 saat 10 dəq Əsərdə hadisələr Qarabağda cərəyan edir. Fransız alimi Müsyö Jordan botanika elmini öyrənmək üçün bölgəyə gəlir və yerli bəylərlə ünsiyyət qurur. O, Avropa elmini, maarifçiliyi və rasional düşüncəni təmsil edir. Digər tərəfdən, Dərviş Məstəli şah isə mövhumatçı, cadugər kimi təqdim olunur və insanları aldadaraq öz təsiri altına salır. Hadisələr Şahbaz bəyin Fransaya getmək istəyi və ailəsinin buna qarşı çıxması ətrafında inkişaf edir. Ailə Dərviş Məstəli şahın “sehrindən” istifadə edərək Müsyö Jordanı qorxudub ölkədən uzaqlaşdırmağa çalışır. Nəticədə mövhumat qalib gəlirmiş kimi görünsə də, müəllif əsər boyu cəhaləti və geriliyi tənqid edir, elm və maarifin üstünlüyünü vurğulayır.

Performing artsTheater