Skip to content
360expPublic beta
Log in
Back to events
Məlikməmməd
Performing arts

Məlikməmməd

Friday, October 2, 2026 · 2:00 PMAzərbaycan Dövlət Kukla Teatrı · Bakı

Description

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın mövzusu və ideyası uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır. Bildiyiniz kimi, Məlikməmməd məşhur nağıl personajı, cəngavərlik nümunəsidir. Padşahın üç oğlundan biri olan Məlikməmməd igidlik göstərərək divlər ilə mübarizə aparıb həm onların əsir götürdükləri insanları, həm də bu sayədə məmləkətini xilas edir. O, cəsur, qəhrəman, xeyirxah bir obrazdır. Qardaşlarının xəyanəti nəticəsində zülmət dünyasına düşən qəhrəman Simurq quşunun köməyilə işıqlı dünyaya çıxır. Bu yeni quruluşda İkinci Qarabağ müharibəsi, tarixi zəfərimiz ilə əlaqəli səhnələr də var. Tamaşa yeni quruluşda 2022-ci ildən repertuardadır.

Performing artsTheater

More dates