Back to events

Performing arts
Ağıldan kəm Jurden
Friday, October 30, 2026 · 7:00 PMŞuşa Dövlət Musiqili Dram Teatrı · Bakı
Description
Səhnə əsərinin əsas konfliktini baş qəhrəman Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə onun real sosial mənsubiyyəti arasındakı ziddiyyət təşkil edir. Əsil-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan Jurdenin əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr cərəyan edir. O, yalançı şöhrət arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi "elit" cəmiyyətin fırıldaqçıları tərəfindən asanlıqla aldadılır. Tamaşada saxta aristokratlıq, mənasız dəb düşkünlüyü və insanların yalnız nüfuzlu görünmək naminə özlərini aldatması kəskin satira atəşinə tutulur.
Performing artsTheater