
Afrikanın Ritmi
Saturday, October 3, 2026 · 4:00 PMRitual Teatr və Yaradıcılıq Laboratoriyası · Bakı
Description
RƏQS VASİTƏSİLƏ AFRİKA MƏDƏNİYYƏTİNİ KƏŞF ET Hər bir hərəkət hansı mənanı daşıyır? Ritmin, rənglərin və bədən plastikasının arxasında hansı hekayələr dayanır? 3 oktyabr tarixində Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında Kuba afro rəqsləri və salsa müəllimi Roman Durnikin (@romandurnik) iştirakı ilə Afrika mədəniyyətinə, dini inanclarına və ənənəvi rəqslərinə həsr olunmuş master-klass keçiriləcək. Master-klassın ilk hissəsində iştirakçılar müxtəlif ruhların obrazları, onların simvolikası və özünəməxsus hərəkətləri ilə tanış olacaqlar. Video materiallar və müəllimin izahları vasitəsilə hər bir jestin, rəngin və obraz detalının daşıdığı mənanı kəşf edəcəyik. Daha sonra bu tanışlıq hərəkət və rəqs vasitəsilə davam edəcək. Müxtəlif ruhlara xas elementləri birləşdirən xoreoqrafiyanı öyrənəcək və Afrika mədəniyyəti haqqında əldə etdiyimiz bilikləri şəxsi rəqs təcrübəsinə çevirəcəyik. Master-klassın sonunda iştirakçılar öyrəndikləri xoreoqrafiyanı musiqi sədaları altında birlikdə ifa edəcək, həmçinin müəllimin xüsusi şou-nömrəsini izləyəcəklər. ✨ Dillər — Azərbaycan və rus Hər bir hərəkətin xüsusi məna daşıdığı bu zəngin mədəniyyəti rəqs vasitəsilə kəşf etməyə dəvət edirik.