Məzmuna keçin
360expAçıq beta
Daxil olun
"Dino Ada" Davud və Fidanla - Sumqayıt
Ailə

"Dino Ada" Davud və Fidanla - Sumqayıt

25 oktyabr 2026, bazar · 12:00Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayı · Sumqayıt

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

Təsvir

Davamını oxu

🦖 PAYIZIN ƏN MARAQLI DİNOZAVR MACƏRASI SUMQAYITA GƏLİR!

🎭 DİNOADA: Davud və Fidanla
🦕 Lisenziyalı interaktiv ailə tamaşası

✨ Sumqayıtda cəmi 1 gün!

🍂 Bu payız uşaqlarınıza uzun müddət xatırlayacaqları unudulmaz bir gün hədiyyə edin!

"DİNOADA: Davud və Fidanla" lisenziyalı interaktiv ailə tamaşası balaca tamaşaçıları dinozavrlar aləminə möhtəşəm səyahətə dəvət edir.

Davud və Fidanla birlikdə uşaqlar sirli tapşırıqları yerinə yetirəcək, maraqlı macəraların iştirakçısına çevriləcək, yeni biliklər əldə edəcək və tamaşanın qəhrəmanları ilə birlikdə hadisələrin gedişinə təsir göstərəcəklər.

🎁 XÜSUSİ TƏKLİF

👨‍👩‍👧‍👦 Ailə və qruplar üçün endirim

Endirim 12 və 15 AZN bilet kateqoriyalarına tətbiq olunur.

Endirimlər:

7 və daha çox bilet — 10% endirim

15 və daha çox bilet — 15% endirim + 2 pulsuz bilet

40 və daha çox bilet — 20% endirim + 4 pulsuz bilet

📍 TƏDBİR HAQQINDA

📍 Məkan: Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayı

📅 Tarix: 25 oktyabr 2026

🎟 Bilet qiymətləri: 10 / 12 / 15 AZN

👶 Tövsiyə olunan yaş: 0 +

⏱ Müddət: 60 dəqiqə (fasiləsiz)

🔹 5 yaşadək uşaqlar üçün giriş pulsuzdur (valideyn bileti olduğu halda, uşaq ayrıca yer tutmadan valideynin qucağında əyləşir).

🌐 DİL

Tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq.

🎟 Bilet alarkən seçdiyiniz seansın dilinə diqqət yetirməyinizi xahiş edirik.

🎭 TƏŞKİLATÇI

MGM Production artıq 17 ildən çoxdur ki, Azərbaycanda və xarici ölkələrdə rəsmi lisenziyalı ailə tamaşaları, uşaq şouları və beynəlxalq səhnə layihələrinin təşkilatçısıdır.

Şirkət peşəkar təşkilatçılığı, beynəlxalq əməkdaşlıqları və minlərlə tamaşaçının izlədiyi uğurlu layihələri ilə tanınır.

🦖 25 oktyabr tarixində Sumqayıt şəhərində keçiriləcək "DİNOADA: Davud və Fidanla" lisenziyalı interaktiv ailə tamaşası ilə övladlarınıza macəra, kəşf və əyləncə dolu unudulmaz bir payız günü hədiyyə edin!

Harada

Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayı

“Kimyaçı” Mədəniyyət Sarayı, Z.Hacıyev, Sumqayıt 5001, Azerbaijan, Sumqayıt

Bu məkandakı bütün tədbirlərə baxın