
Düyməcik
Saturday, October 10, 2026 · 12:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Description
Hans Xristian Andersen. “Düyməcik” Yaş həddi: 5 + Müəllif: Hans Xristian Andersen Quruluşçu rejissor: Ayla Osmanova Tərcümə edən: Ayla Osmanova Əsas rolların ifaçıları: Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Xəyalə Qasımova, Anar Seyfullayev, İradə Rəşidova, Könül Əbil, Elgün Yəhyayev, Mətləb Abuşov, İlhan Sadıqov Janr: nağıl-tamaşa Tamaşanın müddəti: birhissəli, 50 dəqiqə Səhnədə yazıçının masası var. Üstündə şam yanır, onun qələmi – Qələm (Qız), yazdığı vərəq –Vərəq (Oğlan) da masanın üstündədir. Qaranquş isə pyesin müəllifi, möhtərəm yazıçı Andersonu axtarır. Tapa bilmədiyi üçün uşaqlara deyir ki, bu nağılı özüm sizə danışacağam. Qaranquşun danışdığı sehirli nağılda mərhəmətli Qadın ana olmaq arzusu ilə Sehirbazın yanına gedir. Sehirbaz Qadına buğda dənəsi verir. Buğda dibçəyə basdırılır. Lakin bizim nağılımızın qəhrəmanı gəlmir. Bax, bu zaman səhnədə sehirli, həm də çox maraqlı uşaq nağılı canlanmağa başlayır, Düyməcik uşaqların görüşünə gəlir. Maraqlı hadisələrlə zəngin olan bu tamaşada Düyməcik çox sınaqlardan keçir. Hər dəfə də xeyirxah dostların köməyi ilə xilas olur. “Düyməcik” nağılı uşaqlara belə bir mesaj ötürür ki, həyatda öz yerini tapmaq üçün səmimi qəlbin, xeyirxah əməllərin olmalıdır. O zaman mütləq xoşbəxtliyə çatarsan.