Skip to content
360expPublic beta
Log in
Back to events
Aydın
Performing arts

Aydın

Saturday, October 17, 2026 · 7:00 PMAkademik Milli Dram Teatrı · Bakı

Description

Cəfər Cabbarlı — “Aydın” “Aydın” yeni fikirli, azad düşüncəli bir gəncin faciəsindən bəhs edir. Əsər Azərbaycan dramaturgiyasında yeni düşüncənin və maarifçi ideyaların ifadəsi kimi mühüm yer tutur. Aydın obrazı isə cəmiyyət tərəfindən anlaşılmayan, lakin həqiqət uğrunda mübarizə aparan gəncin simvoludur. Əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini heçə döndərir. Aydın hər şeyini — ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı” olur. O, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir. Lakin yaşadığı mühit onu anlamır. Cəmiyyətin təzyiqi, mənəvi tənhalıq və daxili ziddiyyətlər Aydını sarsıdır. O, öz idealları ilə reallıq arasında sıxılır və nəticədə faciəvi aqibətlə üzləşir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

Performing artsTheater

More dates