
Şah Abbas Namə
Sunday, October 25, 2026 · 7:00 PMAzərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı · Bakı
Description
İlqar Fəhmi “Şah Abbas Namə” Yaş həddi: 16 + Müəllif: İlqar Fəhmi Quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist) Quruluşçu rəssam: Mustafa Mustafayev Əsas rolların ifaçıları: Qurban İsmayılov (Xalq artisti), Nicat Mir Kazımov (Əməkdar artist), Elnur Kərimov (Əməkdar artist), Sənan Kazımov, Rasim Cəfər (Əməkdar artist), Manaf Dadaşov, Kərəm Hadızadə, Elnur Bəhramxan (Əməkdar artist), Anar Seyfullayev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və başqaları. Janr: tarixi dram Tamaşanın müddəti: ikihissəli Birinci hissə: - 1 saat İkinci hissə: - 1 saat 8 dəqiqə İlqar Fəhminin “Şah Abbas Namə” tamaşası böyük Səfəvi hökmdarı Şah Abbasın həyatına və dövlətçilik uğrunda mübarizəsinə, eyni zamanda, böyük Səfəvi xanədanını dağılmaqdan xilas edib, yenidən dirçəldərək böyük imperiyaya çevirməsinə həsr olunub. Şah Abbasın 42 illik hökmranlığı zamanı müxtəlif saray münaqişələrini çözməsi, feodal əmirlərinin qiyamlarına, xarici hücumlara qarşı mübarizə aparması, əvvəllər işğal olunan torpaqları geri qaytarması və Səfəvilər dövlətini siyasi cəhətdən möhkəmləndirərək Şərqin ən güclü imperiyasına çevirməsi dramın əsas ideyasıdır.