
Şam İşığında Balet Axşamı - Çaykovski axşamı. Qu gölü. Candlelight Baku
Saturday, October 17, 2026 · 6:30 PMKamera və orqan musiqisi zalı · Bakı
Description
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎 ⭐Candlelight Baku LTD — Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir. 🕯️2.500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixi olan möhtəşəm kilsənin — Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində Şam İşığında Balet Axşamı. Dünya baletinin ən sevilən əsərlərindən biri — Pyotr İliç Çaykovskinin “Qu gölü” baletindən seçilmiş hissələr canlı musiqi və peşəkar balet artistlərinin ifasında səslənəcək. Pyotr İliç Çaykovski — “Qu gölü”, “Yatmış gözəl” və “Şelkunçik” kimi balet tarixinin ən möhtəşəm əsərlərinin müəllifidir. Onun musiqisi bu axşam “Qu gölü”nün zərif, qəmli və ehtişamlı dünyasını səhnədə yenidən canlandıracaq. Səid Məmmədovun bədi rəhbərliyini etdiyi Candlelight Ensemble canlı ifasında minlərlə şam işığı altında balet dünyasına səyahət edin. Yerinizə öncədən sahib olun. 🕯️🩰 Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir. ⏳ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur. ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır. 🌇 Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!