Skip to content
360expPublic beta
Log in
Back to events
Azərbaycan–Türkiyə Dostluq Konserti
Music

Azərbaycan–Türkiyə Dostluq Konserti

Monday, October 19, 2026 · 7:00 PMBeynəlxalq Muğam Mərkəzi · Bakı

Description

“Azərbaycan–Türkiyə Dostluq Konserti” Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələrin, dostluğun və qardaşlığın musiqinin dili ilə ifadə olunacağı “Dostluq Konserti” sənətsevərləri xüsusi musiqi axşamına dəvət edir. Sizi 19 oktyabr tarixində dünyanın 120-dən çox ölkəsində konsert proqramları ilə çıxış etmiş tanınmış türkiyəli fleyta ifaçısı Lelya Bayramoğullarının iştirakı ilə keçiriləcək konsertə dəvət edirik. Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin səsləndiriləcəyi gecənin xüsusi hadisəsi bəstəkar Ceyhun Yazlarlının əsərlərinin dünya premyerası olacaq. İlk dəfə ifa ediləcək bu əsərlər konsert proqramının əsas bədii məqamlarından birini təşkil edəcək. İki qardaş ölkənin bəstəkarlıq ənənələrini bir araya gətirən proqram Azərbaycan və Türkiyə musiqi mədəniyyətləri arasındakı sənət bağlarını nümayiş etdirəcək. Müxtəlif bəstəkarların əsərlərinin eyni səhnədə səsləndirilməsi gecəyə həm milli, həm də beynəlxalq musiqi kontekstində xüsusi məna qazandıracaq. “Musiqimiz dostluqdan doğur” devizi altında keçiriləcək konsert musiqinin, yaradıcılığın və dostluğun vəhdət təşkil etdiyi xüsusi bir gecə olacaq.

MusicConcerts