
Alətlərin hekayəsi- Tar nə deyir?...
martes, 13 de octubre de 2026 · 7:00 p.m.Beynəlxalq Muğam Mərkəzi · Bakı
Descripción
Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan muğamı” layihəsi çərçivəsində “Alətlərin hekayəsi – Tar nə deyir?...” konserti Azərbaycan milli musiqi alətlərinin timsalında insanın, zamanın, yaddaşın və ruhun hekayəsini səhnədə canlandıran musiqili-dramaturji konsert layihəsidir. Layihənin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada tar, kamança, qanun və balaban yalnız musiqi aləti kimi deyil, öz xarakteri, yaddaşı və söyləyəcək sözü olan canlı obrazlar kimi təqdim olunur. Konsert boyu tamaşaçıya bir sual ünvanlanır: “Əgər musiqi alətləri danışa bilsəydi, bizə nə deyərdilər?” - Bu musiqili hekayə tamaşaçını milli musiqi alətlərinin səsi ilə öz yaddaşına, köklərinə və ruhuna yenidən baxmağa dəvət edir.