Skip to content
360expPublic beta
Log in
Back to events
10 SƏRKƏRDƏ – Üzləşmə III Forum
Other

10 SƏRKƏRDƏ – Üzləşmə III Forum

Sunday, November 22, 2026 · 11:00 AMAvropa Azərbaycan məktəbi (Badamdar) · Bakı

Description

10 SƏRKƏRDƏ Üzləşmə – III Forum Psixologiya – Fəlsəfə – Ədəbiyyat “Üzləşmə” silsiləsinin üçüncü forumu “10 sərkərdə” sizə yalnız “özünüzə inanın”, ˝hər şey ancaq sizdən asılıdır˝ demək üçün təşkil olunmayıb. Burada niyə bəzən özünüzə inanmadığınız, niyə başladığınız işi yarımçıq qoyduğunuz, hansı daxili və xarici qüvvənin sizi yerinizdə saxladığı araşdırılacaq. Fərqli yanaşmalar eyni sualın qarşısında görüşəcək. Müxtəlif sahələrdən olan qonaqlar uğur, qorxu, seçim, prinsip və insan iradəsinə fərqli tərəflərdən baxacaqlar. Canlı müzakirələrdə isə qonaqlara sizi narahat edən sualları vermək fürsətiniz olacaq. Bəlkə də, ilk dəfə doğru sualı özünüzə verəcəksiniz: Mənim orduma hazırda hansı qüvvə rəhbərlik edir? Mən bu ordudan nə qədər istifadə edə bilirəm? Öz sərkərdələrini tanımayan insan çox vaxt başqalarının yazdığı ssenaridə yaşayır. Ssenarini dəyişmək üçün əvvəlcə onu kimin yazdığını görmək lazımdır. UNUTMAYIN, BÖYÜK DƏYİŞİKLİKLƏR ÜZLƏŞMƏLƏRDƏN BAŞLAYIR. Həyatınızda dönüş nöqtəsi olacaq bu üzləşməni qaçırmayın. TƏDBİRİN PROQRAMI I hissə: Axtarış və nəticə Spiker çıxışları: İkram Rüstəmov – psixiatr, tibb üzrə fəlsəfə doktoru Sakit Səmədov – iqtisad üzrə fəlsəfə doktoru Rövşən Abdullaoğlu – yazıçı, psixoloq Hər bir spiker “10 sərkərdə” mövzusuna öz sahəsinin baxış bucağından yanaşacaq, şəxsi təcrübə və qənaətlərini bölüşəcək. Tamaşa – mövzunu bədii rakursdan əks etdirən təqdimat Fasilə – kofe-breyk II hissə: Ünsiyyət ⁠ ⁠Suallar və cavablar ⁠ ⁠Spikerlərlə canlı müzakirə