Skip to content
360expPublic beta
Log in
Back to events
Zəhri-Mar
Performing arts

Zəhri-Mar

Sunday, October 4, 2026 · 7:00 PMGəncə Dövlət Milli Dram Teatrı · Gəncə

Description

“Zəhri-Mar” Yaş reytinqi: 16+ Müəllif: Abdulla Elşadlı Quruluşçu rejissor: Abdulla Elşadlı Rollarda: Novuz Cəfərov (Əməkdar artist), Şahmar Məmmədov, Zülfiyyə Əliyeva, Zəminə Cəfərova, Zeynəb Hüseynova, Aysu Kəngərli, Ruslan Hüseynov, Elmir Məmmədov və Ümid Orucov Janr: ailə dram Tamaşanın müddəti: 1 saat 20 dəq Müasir dövrdə texnologiyanın inkişafı, sosial dəyişikliklər və psixoloji problemlərin artması narkotik maddələrin yayılmasını daha da sürətləndirir. Xüsusilə gənclər arasında narkotik vasitələrə marağın artması cəmiyyət üçün daha böyük təhlükə yaradır. Buna görə də narkomaniya artıq yalnız tibbi problem deyil, həm də sosial, psixoloji və mənəvi faciə hesab olunur. Məhz bu səhnə əsəri ağır psixoloji ailə faciəsidir. Tamaşa narkomaniya bəlasının yalnız bir insanı deyil, bütöv bir ailəni, münasibətləri və insan ləyaqətini necə məhv etdiyini göstərir. “Zəhri-Mar” yalnız narkomaniya haqqında tamaşa deyil. Bu əsər sevgisinin altında əzilən analar, sınmış zəhmətkeş, sağlamlığını və cavanlığını öz övladının təhsili və gələcəyinə qurban vermiş atalar, ümidsiz gənclər və insanı öz övladına qarşı belə aciz qoyan bir cəmiyyət faciəsini göstərə bilir.

Performing artsTheater