Skip to content
360expPublic beta
Log in
Back to events
Ələddinin sehrli çırağı
Performing arts

Ələddinin sehrli çırağı

Friday, October 23, 2026 · 12:00 PMAzərbaycan Dövlət Kukla Teatrı · Bakı

Description

Azərbaycan Dövlət Kukla Teatrı sevimli tamaşaçılarını “Ələddinin sehrli çırağı” adlı yeni tamaşaya dəvət edir. Nağılda olduğu kimi, tamaşanın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Yolu Bağdad şəhərinə düşür, onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. Sözsüz ki, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə sonda qalib gəlir. Bu işdə də sözsüz ki, bütün klassik nağıllara xas sehr gücü öz işini görür və əhvalatı daha da həyəcanlı və zəngin edir. Belə ki, sehrli çıraqda yaşayan cin Ələddinə onu azad etməsi müqabilində üç arzusunu yerinə yetirəcəyini vəd edir. Bundan sonra Ələddin xəyalını qurduğu sərvətə qovuşur və bütün arzularını həyata keçirir.

Performing artsTheater

More dates