Skip to content
360expPublic beta
Log in
Back to events
Gülçöhrə və Əsgər
Performing arts

Gülçöhrə və Əsgər

Thursday, October 8, 2026 · 7:00 PMAzərbaycan Dövlət Akademik Musiqili Teatrı · Bakı

Description

“Gülçöhrə və Əsgər” Premyera: 18, 22 və 23 noyabr, saat 19:00 Janr: Musiqili dram Yaş həddi: 16+ Əsərin müəllifi: görkəmli alim, akademik, Xalq yazıçısı Kamal Abdulla Bəstəkar: görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Quruluşçu rejissor: Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərov Quruluşçu dirijor: Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev Quruluşçu rəssam: Vüsal Rəhim Quruluşçu baletmeyster: Əməkdar artist Nigar Şahmuradova Xormeyster: Əməkdar artist Vaqif Məstanov Rejissor: Elməddin Dadaşov Konsertmeyster: Fidan Əliyeva Rejissor assistentləri: Tamilla Aslanova, Çimnaz Bağırova İştirakçılar: Əməkdar artistlər: Əzizağa Əzizov, Almaz Ələsgərova, İqrar Əliyev Prezident mükafatçıları: Səmədzadə Xasiyev, Mehriban Zaliyeva Nicat Əli, Türkel Tariqpeyma, Gülnarə Abdullayeva, Gültac Əlili, Elnarə Nağdəliyeva, Elxan İsmayılov, Elçin İmanov, Faiq Mirzəyev, Rauf Babayev, Nərmin Əliyeva, İbrahim Əlizadə, Əli Kərimov, Sübhan Rüstəmov, Orxan Hüseynov, Kamil Cəfərov Tamaşada həmçinin xor və balet artistləri çıxış edirlər. Haqqında “Gülçöhrə və Əsgər” musiqili dramı — dahi Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” əsərinə yazılmış sanballı və düşündürücü davamdır. Tamaşa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirir. Əsərdə baş qəhrəmanlar — Əsgər və Gülçöhrə — tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam bir sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.

Performing artsTheater