Şamlar Əhatəsində Retro Gecəsi-Azərbaycan klassikləri
Kapellhaus, Bakı2 tarix
Zamanın ritmi yavaşlayır. Səslər xatirələrə çevrilir. Musiqi isə bu axşam sadəcə dinlənilmir — hiss olunur. Yüzlərlə Şamların əhatəsində Azərbaycan klassik musiqisinin seçilmiş retro əsərləri canlı ifada təqdim olunacaq. Hər bir melodiya nostalji, sakitlik və zəriflik dolu bir atmosfer yaradaraq sizi gündəlik səs-küydən uzaqlaşdıracaq. Bu gecə — səsin işıqla, musiqinin məkanla harmoniya qurduğu xüsusi bir təcrübədir. Kapellhaus-un unikal akustikasında klassik musiqi fərqli bir dərinlik qazanır.