Bilet qiyməti (min.)
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
İştirakçılar
Təsvir
Davamını oxu
Bu mövsümün ən böyük festivalı minlərlə insanı Şahdağın qarlı dağlarında bir araya gətirəcək! Açıq səma altında musiqi, işıq və səhnə şouları Şahdağın qış mənzərələri ilə birləşəcək.
Festival boyunca sizi DJ setləri, xüsusi işıq effektləri, rəqs nömrələri və vizual şoular gözləyir. Gecənin ən diqqətçəkən anlarından biri qarlı dağlar fonunda təqdim olunacaq Fire Show olacaq. Festival üçün xüsusi hazırlanmış alov nömrələri gecəyə öz ab-havasını qatacaq.
Christaylor və Rash eksklüziv setləri ilə gecənin ritmini müəyyən edəcəklər. Musiqi, rəqs və qarlı dağlar arasında unudulmaz bir qış gecəsi üçün Şahdağda görüşək!
🧣 VACİB MƏLUMAT
Birgünlük festivalı Şahdağ–Qusar bölgəsində xizək istirahəti ilə birləşdirmək istəyirsinizsə, Şahdağ Hoteldə və ya yaxınlıqdakı otellərdə otağınızı əvvəlcədən rezervasiya etməyiniz tövsiyə olunur.
Havanın soyuq olması və qar yağması mümkündür. İsti geyim və hava şəraitinə uyğun ayaqqabı geyinməyi unutmayın!
🚍 TRANSFERLƏR
11:00 — Bakı → Şahdağ
21:00 — Şahdağ → Bakı
00:00 — Şahdağ → Bakı
📌 Təhlükəsizlik səbəbilə transferin marşrutu və saatları dəyişə bilər. Təşkilatçılar tədbirə 3–5 gün qalmış iştirakçılarla əlaqə saxlayacaqlar.
Əlavə məlumat
Süni intellektlə yaradılıbAvtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.
Şahdağın qarlı dağlarında açıq səma altında keçiriləcək birgünlük qış festivalı: DJ setləri, xüsusi işıq effektləri, rəqs nömrələri, vizual şoular və Fire Show. Christaylor və Rash eksklüziv setlər təqdim edəcək. Bakı–Şahdağ transferləri: 11:00 (Bakı → Şahdağ), 21:00 və 00:00 (Şahdağ → Bakı); marşrut və saatlar dəyişə bilər. İsti geyim tövsiyə olunur.