Miyazaki kainatı axşamı. Şam nurunda multimediyalı konsert. Ars Caspia Ensemble
14 noy, Ş. · 18:00 GMT+4
Kamera və orqan musiqisi zalı · Bakı
15 ₼
13 noyabr 2026, cümə · 20:00Kamera və orqan musiqisi zalı · Bakı
Bilet qiyməti (min.)
15 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
✨ Ars Caspia Concerts 2023-cü ildən Bakıda unikal şam nurunda konsertlər təşkil edir və tamaşaçıları Azərbaycanın ən sayılıb-seçilən musiqiçilərinin ifasında unikal proqramla sizi musiqi dolu axşama dəvət edir.
🎻 13 noyabr Bakıda, möhtəşəm tarixi Kamera və Orqan Musiqisi Zalında (Kirxa) şam nurunda canlı rəqs müşayiəti ilə xüsusi konsert - «Vals və tanqo axşamı» keçiriləcək.
Bu axşam sizi iki möhtəşəm musiqi janrı ilə görüş gözləyir - zərif vals və ehtiraslı tanqo. Yüzlərlə şamın yumşaq işığı, qədim Kirxanın xüsusi ab-havası, canlı musiqi və peşəkar vals və tanqo rəqqaslarının çıxışları unudulmaz təəssüratlarla dolu, özünəməxsus bir axşam yaradacaq.
Proqramda İohann Ştraus, Dmitri Şostakoviç və Yevgeni Doqanın məşhur valsları, tanınmış film və cizgi filmlərindən valslar, həmçinin Astor Piazzolla, Karlos Qardel, Yakob Qade və digər bəstəkarların əfsanəvi tanqoları səslənəcək.
Ştrausun musiqisi sizi Vyana ballarının möhtəşəm ab-havasına aparacaq, Şostakoviç və Doqanın valsları isə axşama dərinlik və xoş nostalji qatacaq. Tanqolar isə axşamın ab-havasını dəyişəcək: ehtiraslı «Libertango», duyğulu «Oblivion», məşhur «Por una cabeza» və «La Cumparsita» zalı dramatizm, zəriflik və güclü emosiyalarla dolduracaq. Proqramda bu və digər tanqolar səslənəcək və sizə bu musiqi janrının bütün zənginliyini və ifadəliliyini hiss etməyə imkan verəcək.
🎟️ Yer sayı məhduddur.
Bu mövsümün ən ehtiraslı musiqi premyerasının bir parçası olmaq fürsətini qaçırmayın!
⏰ Başlama vaxtı: 20:00
📍 Məkan: Kamera və Orqan Musiqisi Zalı (Kirxa) 28 may küç. ev.41
Konsertin təşkilatçısının adı - Ars Caspia- latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. Ars Caspia - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.
Ars Caspia istedadlı musiqiçiləri, rəssamları və ifaçıları dünyaya tanıdaraq Azərbaycanın mədəni səhnəsinin üfüqlərini genişləndirir. Hər bir layihəmiz - Xəzər dənizi sahilində doğulan, keçmişlə bu gün, ənənə ilə ilham arasında qurulan bir dialoqdur.
Biz konsertlərimizi sadəcə olaraq dinləmək üçün deyil, onu birlikdə yaşamaq üçün yaradırıq.
🎶Ansambl - Ars Caspia Ensemble
Ars Caspia Ensemble - beynəlxalq səviyyədə tanınmış görkəmli musiqiçiləri birləşdirən kollektivdir. Onların ustalığı, enerjisi və incə zövqü istənilən çıxışı unudulmaz emosional hadisəyə çevirir.
Ansamblın tərkibində Azərbaycanın tanınmış əməkdar artistləri yer almışdır:
Renata Abubekirova (birinci skripka) - Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin birinci skripkası, Neue Philharmonie München simfonik layihəsinin iştirakçısı. Fransa, Almaniya, İtaliya, Çin və digər ölkələrin orkestrlərinin tərkibində və solist kimi çıxış etmişdir.
Nərgiz Hüseynzadə (ikinci skripka) - Respublika və Beynəlxalq müsabiqələr laureatı. Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti.
Aleksey Miltıx (violonçel) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Kamera Kvartetinin solisti. ABŞ, Almaniya, Fransa, Türkiyə və Cənubi Koreyada konsertlərdə iştirak etmişdir. Maestro Yuri Temirxanovun rəhbərliyi altında çalışmışdır.
Rəna Rəhimova (alt) - Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Opera və Balet Teatrının simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələrin laureatı.
Rəvan Əhmədzadə (kortrabas) - Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti, Respublika müsabiqələrinin laureatı, Azərbaycanda və xarici ölkələrdə bir çox konsert proqramları və festivalların solisti.
Ülviyyə Dadaşova (fortepiano) - respublika və beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü. Adı Azərbaycanın “Qızıl istedadlar kitabı”na yazılıb. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı konsert proqramları və festivalların solisti.
Rauf Hacıyev və Aylə Abbasquliyeva - A1 Dance Show kollektivinin rəqs cütlüyüdür. Onlar müxtəlif tədbirlərin səhnələrində bal rəqsləri sənətini təmsil edirlər.
Onların yaradıcılıq təcrübəsinə beynəlxalq layihələrdə çıxışlar, eləcə də Azərbaycanda keçirilən böyük tədbir və yarışların təntənəli açılış mərasimlərində iştirak daxildir.
Bu - yalnız ansambl deyil, bu - canlı musiqi enerjisinin yarandığı əsl yaradıcılıq laboratoriyasıdır.
🎶Ars Caspia Conserts instagram səhifəsini elanlarını izləyin, Bakının ən gözəl və cəlbedici yerlərində şam işığında video instalyasiyalarla möhtəşəm musiqi axşamlarını, multimediyalı konsertləri kəşf edin.
Harada
Kamera və orqan musiqisi zalı28 May küçəsi 41, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın14 noy, Ş. · 18:00 GMT+4
Kamera və orqan musiqisi zalı · Bakı
15 ₼
14 noy, Ş. · 20:00 GMT+4
Kamera və orqan musiqisi zalı · Bakı
15 ₼
19 noy, C.a. · 19:00 GMT+4
Kamera və orqan musiqisi zalı · Bakı
20 ₼
20 noy, C. · 20:00 GMT+4
Kamera və orqan musiqisi zalı · Bakı
15 ₼