Bir payız axşamı
30 noyabr 2026, bazar ertəsi · 20:00Show Gallery · Bakı
Bilet qiyməti (min.)
10 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
"Bir payız axşamı"
🎹 İÇƏRİŞƏHƏR ŞEİRƏ BÜRÜNÜR...
Sözün, musiqinin və poeziyanın sehrli vəhdətinə şahid olacaqsınız!
Təsəvvür edin: İçərişəhərin qədim daşlarına həzin piano melodiyaları qarışır, dar dalanlarına şeirlərin sədası yayılır, qəhvə ətri isə bu romantik axşamın ab-havasını tamamlayır...
Pianoçu Zərif Kərimova və qiraətçi Hüseynağa Aslanov öz ifaları ilə sizi musiqinin və sözün sehrli dünyasına səyahətə dəvət edirlər.
Bu axşam sadəcə bir musiqi və poeziya tədbiri deyil, hisslərin, xatirələrin və incə duyğuların görüşü olacaq.
Sizi gündəlik qayğılardan uzaqlaşaraq İçərişəhərin ruhunu musiqi və poeziya ilə yaşamağa dəvət edirik!
Bəzən bir piano, bir şeir və bir fincan qəhvə bütöv bir axşamı unudulmaz etməyə kifayətdir...
Bura konsert zalıdır və burada barda içkilər əldə etmək mümkündür.