Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Tədbirlərə qayıdın
Musiqi

BeL Suono: Üç royal şousu — bizim 15 ilimiz

17 fevral 2027, çərşənbə · 20:00Heydər Əliyev Mərkəzi · Bakı

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

İştirakçılar

Təsvir

Davamını oxu

Bel Suono – Rusiyada yaradılmış və üç royal üçün hazırlanmış səhnə proqramları ilə tanınan fortepiano triosudur. Bu kollektiv mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. Layihənin yaradıcısı, prodüseri və bədii konsepsiyasının müəllifi Leyla Fattahovadır. Hazırkı heyətdə Moskva Konservatoriyasının məzunları Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin çıxış edir. Musiqiçilər beynəlxalq müsabiqələrin laureatları olmaqla yanaşı, bəstəkar və improvizator kimi də layihənin repertuarında iştirak edirlər. Bel Suono klassik musiqini rok ritmləri, elektron səslənmə, caz improvizasiyası və estrada elementləri ilə birləşdirərək “proqressiv klassika” adlandırdığı istiqaməti inkişaf etdirib. Üç royalın eyni anda həm solo, həm ritmik, həm də orkestr funksiyası daşıması Bel Suononun vizual və musiqi üslubunu digər krossover layihələrindən fərqləndirir. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Musiqiçilər Vivaldi və Baxdan Çaykovskiyə qədər dünya klassik musiqisinin şah əsərlərini müasir ritmlərlə sintez edir, eyni zamanda öz bəstələrini ifa edirlər.

Kollektivin YouTube-dakı videoçarxları bütün dünyada milyonlarla baxış sayı toplayır.

Kollektiv bir sıra nüfuzlu konsert məkanlarında geniş auditoriya qarşısında çıxış edir, müxtəlif ölkələrdə fəal qastrol fəaliyyəti göstərir.

2026-cı ildə “Bel Suono” öz 15 illiyini möhtəşəm yubiley turnesi ilə qeyd edir.

Heydər Əliyev Mərkəzindəki yubiley proqramında “Bel Suono” tarixinin kvintessensiyası (bütün mahiyyəti) olacaq. Proqrama solistlərin müəllif əsərlərindən, klassik şah əsərlərin yeni versiyalarından, dünya və sovet kinematoqrafiyasının saundtreklərindən tutmuş dünya pop və rok klassikasının gözlənilməz interpretasiyalarına qədər yeni musiqi əsərləri daxil ediləcək.

MusiqiKonsertlər

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

Rusiyada yaradılmış, üç royal üçün səhnə proqramları ilə tanınan fortepiano triosu Bel Suono 15 illik yubiley turnesi çərçivəsində Heydər Əliyev Mərkəzində çıxış edir. Proqrama solistlərin müəllif əsərləri, klassik şah əsərlərin yeni versiyaları, dünya və sovet kino saundtrekləri, həmçinin pop və rok klassikasının interpretasiyaları daxildir. Heyətdə Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin çıxış edir.

MusiqiKonsertlər

Mənbə: iticket.az