Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Кармен история Хосе
Səhnə sənəti

Кармен история Хосе

15 noyabr 2026, bazar · 19:00Akademik Rus Dram Teatrı · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 10 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

“Karmen. Xosenin hekayəsi” tamaşası sevgi, seçim və insanın öz keçmişi ilə qarşılaşması haqqında dərin psixoloji səhnə əsəridir.

Bu, iki Xosenin hekayəsidir. Biri — sevgini azadlıq kimi yaşayan gənc və canlı Xosedir. Digəri isə həmin insanın illər sonrakı halıdır: zamanın içində ilişib qalmış, bir vaxt etdiyi seçimin nəticələrini yaşayan yetkin Xose. Böyük Xose yenidən və yenidən Gənc Xose ilə qarşılaşır, onun Karmenlə yaşadığı hekayəni izləyir və bunu dayandıra bilmir.

Lakin burada Karmen sadəcə qadın obrazı deyil. O, sevginin özüdür — arzu, bağlılıq və itirmək qorxusunun birləşməsi. Onun yanında isə daim tale dayanır. Amma bu tale xarici qüvvə deyil, insanın daxilində artıq baş vermiş və onu irəli aparan qaçılmaz hissdir.

Hadisələrin axarını dəyişməyə və qaçılmaz görünən zənciri qırmağa çalışan Böyük Xose əslində özünə doğru addım atır. Amma insan artıq özünün bir hissəsinə çevrilmiş keçmişi dəyişə bilərmi? Və seçimlə qaçılmazlıq arasındakı sərhəd haradan başlayır?

Quruluşçu rejissor: Tural Mustafayev
Quruluşçu rəssam: Mustafa Mustafayev
İşıq üzrə rəssam: Nikolay Rudıçev
Bəstəkar: Anar Yusifov
Xoreoqraf: Kamilla Əliyeva
Plastik həll: Elnur İsmayılzadə
Rejissor assistenti: Sevil Cəlilova

Rollarda:
Karmen — Həcər Ağayeva
Xose Navarr — Fuad Osmanov
Xose Lissarabengoa — Murad Məmmədov
Tütün fabrikindən qadın — Saida Vəlibəyova
Lilyas Pastye, Fatum — İlkin Mehdiyev
Korrexidorlar, qaraçılar — Fərid Hüseynov, Rəşad Əliyarov
Qaraçı qadınlar — Syama Vəliyeva, Gövhər Şahbanova, Dilyara Nazarova, Fidan Ağaverdiyeva, Sabina Asim

Tamaşanın müddəti:
1-ci hissə — 1 saat 15 dəqiqə
2-ci hissə — 50 dəqiqə

Səhnə sənətiTeatr

Mənbə: iticket.az

Harada

Akademik Rus Dram Teatrı

Xaqani küçəsi 7, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın