Məzmuna keçin
360expAçıq beta
Daxil olun

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

Ailə münasibətlərində sevgi, hörmət və mənəvi bağlılığın itməsi, insanın tənhalığı və başqasının acısından sui-istifadə mövzularını əhatə edən tamaşa komik situasiyalar fonunda düşündürücü hadisələri səhnəyə gətirir.

Həyat yoldaşını itirən Cəmil bundan sonra necə yaşamağın yollarını axtarmağa başlayır. Gözlənilməz təsadüflər, zahiri oxşarlıqlar və insan münasibətlərindəki ziddiyyətlər onu getdikcə daha mürəkkəb və gülünc vəziyyətlərə sürükləyir. Başqasının kədərindən faydalanaraq şəxsi mənfəət əldə etməyə çalışanların qurduğu saxta plan isə həqiqətin qarşısında aciz qalır.

Tamaşa, eyni zamanda, uzun müddətdir mənəvi bağları qırılmış, sevgi və hörmətdən məhrum olduğu halda yalnız formal olaraq davam edən ailə münasibətlərinin acı nəticələrini də diqqətə çatdırır. Komediya ilə həyatın dramatik gerçəkliklərini birləşdirən səhnə əsəri tamaşaçını dürüstlük, sədaqət, mənəvi dəyərlər və insan münasibətləri haqqında düşünməyə dəvət edir.

Səhnə sənətiTeatr

Əlavə məlumat

Süni intellektlə yaradılıb

Avtomatik təkliflər təşkilatçının rəsmi məlumatından ayrı saxlanılır.

Akademik Milli Dram Teatrında tamaşa ailə münasibətlərində sevgi, hörmət və mənəvi bağlılığın itməsi, tənhalıq və başqasının acısından sui-istifadə mövzularını komik situasiyalar fonunda səhnəyə gətirir. Həyat yoldaşını itirən Cəmil gözlənilməz təsadüflər və zahiri oxşarlıqlar ucbatından mürəkkəb və gülünc vəziyyətlərə düşür. Komediya ilə dramı birləşdirən əsər dürüstlük, sədaqət və mənəvi dəyərlər haqqında düşünməyə dəvət edir.

TeatrSəhnə sənətiKomediya

Mənbə: iticket.az