Məzmuna keçin
360expAçıq beta
Daxil olun
MÜSLÜM MAQOMAYEV — Musiqili ithaf
Musiqi

MÜSLÜM MAQOMAYEV — Musiqili ithaf

17 oktyabr 2026, şənbə · 20:30Beynəlxalq Muğam Mərkəzi · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 20 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

Təsvir

Davamını oxu

MUSLIM MAGOMAYEV — A Musical Tribute

Əfsanəvi sənətkarın sevilən mahnıları canlı orkestr və vokal ifasında, şam işığının sehrində.

17 oktyabrda Beynəlxalq Muğam Mərkəzində Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş xüsusi musiqi axşamı keçiriləcək. Nəsillərin yaddaşında yaşayan mahnılar Virtuosos of Baku orkestrinin müşayiəti və canlı vokal ifası ilə təqdim olunacaq.

İlk notlardan tanıdığımız melodiyalar, sevgi və həsrəti ifadə edən sözlər, illər keçdikcə daha da dəyər qazanan mahnılar… Proqram sənətkarın repertuarından seçilmiş romantik və təntənəli əsərləri bir araya gətirəcək.

Orkestrin zəngin səslənməsi və vokalın ifadəli ifası tanış mahnılara yeni çalarlar qatacaq. Yüzlərlə şamın yaratdığı sehrli ab-hava və məkanın özünəməxsus atmosferi bu axşamı tamamlayacaq.

Sevdiklərinizlə birlikdə Müslüm Maqomayevin musiqi dünyasına səyahət etməyə, nəsilləri birləşdirən mahnıları dinləməyə və xatirələrlə dolu bir gecə yaşamağa dəvət edirik.

Tədbir haqqında

🎶 Proqram: Müslüm Maqomayevin repertuarından seçilmiş mahnılar
🎻 İfaçılar: Virtuosos of Baku orkestri və canlı vokal
🕯️ Atmosfer: Şam işığının sehrində

MusiqiKonsertlər

Harada

Beynəlxalq Muğam Mərkəzi

Bulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın