Omid, sonuncu ağ durna — CHARACTERS Teatrı
28 noyabr 2026, şənbə · 19:00Fluxus Space · Bakı
Bilet qiyməti (min.)
30 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnanın Qərb populyasiyasının sonuncu nümayəndəsi olan Omidin real həyat hekayəsinə əsaslanır. Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş Omid 15 ildən artıq müddət ərzində Sibirdən Xəzər dənizinin cənub sahillərinə təkbaşına uçuşlar edib. Son iki il ərzində o nə qışlama yerlərində, nə də köç marşrutları üzərində müşahidə olunmayıb. Omidin həlak olması ehtimalı yüksəkdir; onunla birlikdə bütöv populyasiyanın yolu da qırılmış ola bilər.
“Omid, sonuncu ağ durna” – sonuncu durna və yoxa çıxmaqda olan köç marşrutu haqqında poetik dildə danışılan hekayədir. Canlı musiqidən istifadə edərək, tamaşanın rejissoru Mikayıl Merdinli elə bir məkan yaradır ki, burada quş mifoloji varlığa çevrilir, yolu isə itirilməz, əbədiləşmiş bir izə dönür. Çünki Omid yalnız bir quş deyil. Omid – Ümiddir.
Tamaşanın yaradıcı heyəti məlumat dəstəyinə görə Birdwatching Azerbaijan təşkilatına təşəkkürünü bildirir.
Pyesin müəllifi: İsmayıl İman
Quruluşçu rejissor: Mikayıl Merdinli
Quruluşçu rəssam: Rufana Mamedova
Plastik həll: Nigar Güləhmədova
Rollarda: Məmməd Rəfiyev, Kamal İbrahimov, Atika Əliyeva, Avsəddin Ələkbərov, Rami Klim.
Harada
Fluxus SpaceFluxus Space (28 may küçəsi, 5) Lladro və Royal Home mağazalarının yanı, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın