Skip to content
360expPublic beta
Log in
Back to events
"Balaca Şahzadə" - Coşqun Rəhimovun təqdimatında
Family

"Balaca Şahzadə" - Coşqun Rəhimovun təqdimatında

Sunday, November 1, 2026 · 12:00 PMBakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu · Bakı

Description

İlk dəfə Azərbaycanda — Opera Studiyasında musiqili-ədəbi görüş. Əməkdar artist Coşqun Rəhimov dünya ədəbiyyatının ən təsirli və duyğusal hekayələrindən birini Antuan de Sent-Ekzüperinin dünyaca məşhur “Balaca Şahzadə” əsərini canlı musiqi müşayiəti ilə səsləndirəcək. İllüstrasiyalar əsasında hazırlanmış videoproyeksiyalar isə tamaşaçılara Balaca Şahzadənin möcüzəli kainatına səyahət ab-havası bəxş edəcək. Müxtəlif yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu tamaşa yalnız məşhur əsərlə tanışlıq deyil, həm də dostluq, xeyirxahlıq, sevgi, məsuliyyət və sədaqət kimi hər zaman aktual olan dəyərlər haqqında düşünmək üçün gözəl fürsət yaradacaq. Bədii söz, musiqi və vizual incəsənəti bir araya gətirən orijinal format gənc tamaşaçıların teatrın sehrli dünyasını kəşf etməsinə və artıq neçə nəsildir uşaqları və böyükləri ilhamlandıran bu əbədi hekayəyə yeni gözlə baxmasına imkan verəcək.