Şam İşığında: İmamyar Hasanov. Mədəniyyət Elçisi
14 noyabr 2026, şənbə · 18:30Beynəlxalq Muğam Mərkəzi · Bakı
Bilet qiyməti (min.)
20 ₼
Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.
Təsvir
Davamını oxu
Candlelight Baku – Orijinal Şam İşığı konsertləri seriyası təqdim edir!
İmamyar Həsənov — “Mədəniyyət Elçisi” Layihə-Konsert yaradıcılıq gecəsi
14 noyabr 2026-cı ildə Beynəlxalq Muğam Mərkəzinin füsunkar atmosferində kamança ifaçısı İmamyar Həsənovun “Mədəniyyət Elçisi” Layihə-Konsert çərçivəsində yaradıcılıq gecəsi keçiriləcək.
26 il ABŞ-da yaşayan və Azərbaycan musiqisini beynəlxalq səhnələrdə təqdim edən sənətçi, bu gecədə özünəməxsus “KamanYar” üslubu ilə Bakı dinləyicilərinin qarşısına çıxacaq. “Mədəniyyət Elçisi” Layihə-Konsert sənətçinin qlobal təcrübəsini Vətənində bölüşmək, Azərbaycan musiqi irsini fərqli təqdimatda səsləndirmək və yeni nəsillərdə milli musiqiyə maraq oyatmaq niyyətindən yaranıb.
İmamyar Həsənov dünyanın müxtəlif ölkələrində konsertlər və ustad dərsləri keçirib, Stanford Universitetində Azərbaycan musiqisini tədris edib. 2024-cü ildə onun “Sounds of Azerbaijan” albomu “Global Music Award” müsabiqəsində “Dünya musiqisi” və “Duet” kateqoriyaları üzrə iki qızıl medala layiq görülüb.
Beynəlxalq Muğam Mərkəzində minlərlə şamın işığının müşayiət edəcəyi bu yaradıcılıq gecəsi sizi kamançanın zəngin ifadə imkanları ilə baş-başa buraxacaq.
✨ Tədbir "Candlelight Baku"nun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi dəstəyi ilə həyata keçirilir.
⏳ Müddət: 80 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur).
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün tam əlçatandır.
🕯️ Şam işığında Azərbaycanın ən gözəl mədəniyyət məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bu sehrli təcrübəyə qoşulun!
Harada
Beynəlxalq Muğam MərkəziBulvar, Neftçilər prospekti 9, Bakı, Azərbaycan, Bakı
Bu məkandakı bütün tədbirlərə baxın