Məzmuna keçin
360expAçıq beta
Daxil olun
Səsimiz səsindir, Humay!
Musiqi

Səsimiz səsindir, Humay!

14 noyabr 2026, şənbə · 17:00Azərbaycan Dövlət Akademik Filarmoniyası · Bakı

Orijinal sayta keçinBaşlanğıc qiymət: 15 ₼

Tədbiri yadda saxlayın, tarix, saat və ya məkan dəyişsə, sizə xəbər verəcəyik.

iPhone tətbiqini yükləyin

Təsvir

Davamını oxu

«Səsimiz səsindir, Humay!» adlı xeyriyyə axşamında iştirakçılar Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşaiyəti ilə Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalov və onun yetirmələri olan tanınmış incəsənət xadimləri Taleh Yahyayev, Xalid Hacıyev, Nihad Orucov, Səbinə Ərəbli, Zabitə Alıyeva, Aysel İbrahimova, Fərid Zeynalov və İsmayıl Zeynalovun ifasında zəngin konsert proqramını dinləyəcək. Tədbirdə məşhur rəsm və keramika ustalarının əsərlərindən ibarət sərgi nümayiş etdiriləcək. Bilet və rəsmlərin satışından əldə edilən vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsilinə sərf ediləcək. Xüsusi olaraq autizmdən əziyyət çəkən istedadlı uşaq və gənclərin rəsm əsərlərinin sərgi-satışına yer veriləcək. Bu satışdan əldə edilmiş vəsait tam şəkildə əsər müəllifinə yaradıcılıq imkanlarının davamlı şəkildə inkişaf etdirilməsi məqsədilə təqdim olunacaq.

MusiqiKonsertlər

Mənbə: iticket.az

Harada

Azərbaycan Dövlət Akademik Filarmoniyası

İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan, Bakı

Bu məkandakı bütün tədbirlərə baxın