Skip to content
360expPublic beta
Log in
Back to events
Rok festivalı
Music

Rok festivalı

Sunday, October 25, 2026 · 7:00 PMBaku Events Hall · Bakı

Description

Azərbaycan rock səhnəsi yenidən böyük səhnədə bir araya gəlir Rock'N Fest 25 October 2026-cı il tarixində Baku Events Hall-da keçiriləcək. Festival son illərdə Azərbaycanda təşkil olunan iri miqyaslı rock tədbirlərindən biri olaraq müxtəlif nəsilləri və fərqli musiqi istiqamətlərini eyni səhnədə bir araya gətirəcək. Festivalın əsas iştirakçılarından YUXU Azərbaycan rock musiqisinin ən tanınmış qruplarından biridir. Qrupun musiqisində hard rock, heavy metal və blues elementləri yer alır. Uzun illər Azərbaycan və Türkiyədə dinləyici auditoriyası formalaşdıran YUXU Rock'N Fest səhnəsində tanınmış mahnılarını canlı təqdim edəcək. Qara Dərviş alternativ rock və metal səslənməsini folk, klassik və fərqli eksperimental elementlərlə birləşdirən layihədir. Azərbaycan dilində rock musiqisi ilə seçilən Qara Dərviş festival proqramına daha fərqli və atmosferik səslənmə gətirəcək. Rəssam melodik və emosional repertuarı ilə gecənin fərqli musiqi xəttini təqdim edəcək. Canlı ifa formatı və tanınan mahnıları ilə Rock'N Fest proqramında yer alacaq. Şimal isə yeni nəsil Azərbaycan rock səhnəsini təmsil edən qruplardandır. Gənc və enerjili səslənməsi ilə festivalın daha müasir tərəfini təqdim edəcək. Rock'N Fest-in məqsədi müxtəlif rock istiqamətlərini, tanınmış musiqiçiləri və yeni nəsil ifaçıları bir proqram daxilində toplamaqdır. Bir gecə ərzində fərqli səslənmələr və canlı performanslar Baku Events Hall səhnəsində təqdim olunacaq.

MusicConcerts